“Xocalı faciəsini bütün dünya soyqırımı kimi qəbul edəcək” – Aqil Abbas

Hazırda oxunan: “Xocalı faciəsini bütün dünya soyqırımı kimi qəbul edəcək” – Aqil Abbas

179875

“Xocalı faciəsini soyqırım olaraq dünya ölkələrinin çoxu qəbul etsə də,  qəbul etməyənlər də var. Amma neyləyə bilərik? Əvvəl-axır hamısı qəbul edəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri milli Məclisin deputatı Aqil Abbas Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı danışarkən qeyd edib.

Onun sözlərinə görə bu gün faciə deyil, azad olunmuş Xocalı günüdür:

“Mən bu yaxınlarda Ağdama, oradan isə Əsgərana və Xocalıya getmişdim. Oranı gəzdim və o qədər xoşbəxt idim ki, xocalıların qanı yerdə qalmadı və torpaqlarımız azaddır. Ali Baş Komandanımıza Allah uzun ömür versin.

Şəhidlərimizə allah rəhmət eləsin, onların yeri behiştdir. Qazilərimiziə Allah can sağlığı versin ki, bu günü bizə yaşatdılar. Artıq “Ana harayı” abidəsini başqa bir sevgi və qəlblə, gözümüzdə yaş olmadan ziyarət edə bilirik. Bundan gözəl gün yoxdu”. 

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin