"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı və xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən, Azərbaycanın COP29-a da çox gözəl ev sahibliyi edəcəyini düşünürəm".
Bizim.Media xəbər verir ki, bu sözləri, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson AZƏRTAC-a açıqlamasında deyib.
Baronessa Nikolson bildirib ki, Azərbaycan xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər görür.
"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də ilk sıralardadır və bu sahədə BP ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir",- deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
07:31 / 25.02.2024
Britaniya rəsmisi: “Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir”
Hazırda oxunan: Britaniya rəsmisi: “Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir”
Hazırda oxunan: Britaniya rəsmisi: “Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir”
179737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.