Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupundan Xocalı soyqırımının ildönümü ilə bağlı BƏYANAT

Hazırda oxunan: Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupundan Xocalı soyqırımının ildönümü ilə bağlı BƏYANAT

179580

Estoniya Parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Ölkəmizin Estoniyadakı səfirliyindən Bizim.Media-ya bildirilib ki, parlamentin rəsmi saytında yayılmış “Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib” başlıqlı bəyanatda deyilir: 

“Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı azərbaycanlı dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.
Etiraf edirik ki, regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasına öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin