Paşinyan əsl simasını GÖSTƏRDİ – “Onsuz da sülh müqaviləsini imzalamaq fikri yox idi...”

Hazırda oxunan: Paşinyan əsl simasını GÖSTƏRDİ – “Onsuz da sülh müqaviləsini imzalamaq fikri yox idi...”

179530

Ermənistan baş naziri Nikol Paşinyan “France24”-ə açıqlamasında bildirib ki, hazırda İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması real görünmür. O iddia edib ki, Azərbaycan Ermənistanı Qərbi Azərbaycan olaraq görür və Ermənistandan torpaq qoparmağa çalışır. 

Erməni baş nazirinin bu açıqlaması onu deməyə əsas verir ki, İrəvan sülh müqaviləsini imzalamaq niyyətindən çox-çox uzaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub” - BƏYANAT 


Bu yaxınlarda sərhəddə törətdikləri təxribat da İrəvanın sülhdə maraqlı olmadığının bariz nümunəsi idi. 

Digər tərəfdən, Paşinyanın həmin açıqlamanı Parisdə bəyan etməsi Fransanın da sözügedən məsələdə Ermənistanın yanında olduğunun növbəti sübutdur. Bu, həm də Fransanın bölgədə daim gərginlik yaratmağa çalışdığının göstəricisidir. 

“Paşinyan belə danışmağa məcburdur”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Fransadakı erməni diasporunun təzyiqilə Paris Paşinyanı belə bəyanat verməyə məcbur edib:

“Paşinyan ümumiyyətlə, sülh sazişi imzalamaq fikrində deyil. O, sadəcə oyun oynayır. Bu da onun yeni oyunudur. Paşinyan sənədi imzalamağa qorxur. Ona görə də hər gün yeni-yeni uydurmalarla çıxış edir. Paşinyanın sülh sənədini imzalamaqdan imtina etməsinə hesablanmış həmin fikri Parisdə elan etməsi prosesin arxasında Fransanın dayandığına işarədir. 
Güman ki, Fransadakı erməni diasporunun təzyiqilə rəsmi Paris onu belə bəyanat verməyə məcbur edib. Düşünürəm ki, üç-beş gün sonra Paşinyan yeni bir bəyanat verəcək. Onsuz da sülh sazişini imzalamaq fikri yoxdur”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin