Köhnə dostların gecikmiş PEŞMANLIĞI – Bəs, AŞPA Azərbaycana lazımdırmı?

Hazırda oxunan: Köhnə dostların gecikmiş PEŞMANLIĞI – Bəs, AŞPA Azərbaycana lazımdırmı?

179397

AŞPA-da Azərbaycana qarşı sərgilənən qərəzli mövqe ilə bağlı bir sıra ölkələr öz narazılıqlarını ifadə etməyə başlayıblar. Belə ki, səsvermədə lehimizə səs verən Türkiyə və həmin dövrdə heyəti formalaşmayan Serbiya ilə yanaşı, səssiz qalmağı seçən “köhnə dostlar”ımız Ukrayna və Gürcüstan parlamentlərinin sədrləri də AŞPA-ya etiraz məktubu göndəriblər. Digər ölkələrin də bu siyahıya qoşulma ehtimalı var.

Bəs, ümumiyyətlə, AŞPA Azərbaycana lazımdırmı?

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı düşüncələrini Bizim.Media-ya bölüşüb. Politoloq məsələyə belə yanaşıb:

“Biz görsək ki, AŞPA-da meydan sulayan qüvvələr anti-Azərbaycan cəbhəsi formalaşdırırlar, əsassız şəkildə ittihamlar irəli sürürlər, bizim haqqımızı pozurlar, Ermənistanın çoxsaylı cinayət və qayda pozuntularına göz yumaraq onlara bəraət qazandırmaq istəyirlər, bu zaman əlbəttə ki, prinsipial qərar verəcəyik.

Səməd Seyidov başda olmaqla nümayəndə heyətimiz bədxahlara, bizi istəməyənlərə qarşı bir addım irəli gedərək fəaliyyətimizi dayandırdılar. Bu kontekstdə Serbiya nümayəndə heyətinin addımı çox önəmlidir. Çünki faktiki olaraq parlament seçkiləri keçirildiyi üçün AŞPA-da təmsil olunmurdular.
Seçkilər bitdikdən sonra Serbiya öz üzvlərini müəyyən etdi və onlar ilk gün AŞPA sədrinə müraciət etdilər.  Orada qeyd etdilər ki, Azərbaycan ilə bağlı qəbul edilən qərar son dərəcə ədalətsiz, əsassız və subyektivdir, qərardan geri çəkilmək lazımdır. Çünki AŞPA dialoq və əməkdaşlıq meydanıdır. Serbiya öz fəaliyyətinə obyektiv formada start verdi.

Digər ölkələrin təmsilçiləri götür-qoy etdikdən sonra anladılar ki, Azərbaycanın mövqeyi son dərəcə obyektiv və düzgündür.

Ölkəmiz qaydaları pozmadan fəaliyyət göstərir, Ermənistana sülh təklif edir. Fransa və onlara bənzəyən ölkələr aranı qızışdırmağa çalışırlar. Onlar dumanlı şərait yaratmaq istəyirlər. Ancaq Azərbaycan bu addımlardan qorxmur. Çünki biz heç kimə güzəşt etməli deyilik və heç kəsin haqqına girməmişik. Kimlər Ermənistana havadarlıq etmək istəyirlərsə, onlara da cavab vermişik.

Fikrimcə, ən yaxın zamanda Azərbaycanın AŞPA-dakı səsinin ratifikasiyası baş tutacaq və dondurma prosesi aradan qaldırılacaq. Cənab Prezidentin dediyi kimi, bizim də AŞPA-ya deyiləsi sözümüz var”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin