Makronun ermənidən çox ermənilik etməsi gülüş doğurur - BƏYANAT

Hazırda oxunan: Makronun ermənidən çox ermənilik etməsi gülüş doğurur - BƏYANAT

179308

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur.

Bizim.Media xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin