Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib:
“Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər.
Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiyanın qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.
Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:12 / 21.02.2024
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya BAŞ ÇƏKDİLƏR
Hazırda oxunan: Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya BAŞ ÇƏKDİLƏR
Hazırda oxunan: Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya BAŞ ÇƏKDİLƏR
179191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.