Ermənistan DİN: “Kamil Zeynallı qətldə ittiham olunur”

Hazırda oxunan: Ermənistan DİN: “Kamil Zeynallı qətldə ittiham olunur”

179178

"Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur".

Bizim.Media “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

“Həmin şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - deyə o bildirib.

Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb. O, sabah məhkəmə qarşısına çıxarılacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin