Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan rəsmi "X" hesabında paylaşım edib.
Əminə Ərdoğan qeyd edib ki, Dövlət Qonaq Evində baş tutan təkbətək görüş zamanı Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib:
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq
.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:14 / 19.02.2024
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb - FOTO
Hazırda oxunan: Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb - FOTO
Hazırda oxunan: Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb - FOTO
178944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.