Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə görüşü Şuşada iyul ayında keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur. Ərdoğan onu da əlavə edib ki, Türkiyə Şuşa bəyannaməsinə əsasən Azərbaycanla yoluna davam edəcək.
Bizim.Media