Seneqal prezidenti Azərbaycana gələcək

Hazırda oxunan: Seneqal prezidenti Azərbaycana gələcək

178858

Seneqal Prezidenti Makki Sallı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfərə gələcək.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Seneqalın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen bildirib.

“Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. Mən də bunu çatdırdım. Seneqal prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib”, - diplomat vurğulayıb.
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin