Fərhad Məmmədov: "Məqsəd Azərbaycanı zəiflətməkdir"

Hazırda oxunan: Fərhad Məmmədov: "Məqsəd Azərbaycanı zəiflətməkdir"

17866

İllərlə ermənipərəst mənbələrdən qrant alanlar xalqa Qarabağı unutdurmaq üçün müxtəlif layihələr reallaşdırıblar. Bəzi ekspertlər bunu Azərbaycanın daxilində daşnak-erməni fəaliyyətləri ilə izah edib.

Ölkə başçısının Hərbi Qənimətlər Parkında səsləndirdiyi fikirlər, ümumiyyətlə o kompleksin görüntüləri İrəvanı bir-birinə vurdu. Bütün dünyadakı erməni lobbisi əl-ayağa düşərək Bakının zəfərinə kölgə salmaq üçün qarayaxma kampaniyalarına başladı. Təəssüf ki, Azərbaycanın daxilində də belə ünsürlər nəzərə çarpdı.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi qənimətlər parkına sivil dünyadan baxış – Fransa, İspaniya, Avstriya təcrübəsi - FOTOLAR


Sadalanan nüanslar və sonda xatırlatdığımız siyasi xoşagəlməzliklərlə bağlı politoloq Fərhad Məmmədovun mövqeyini öyrəndik.

O bildirdi ki, Vətən Müharibəsində Azərbaycan cəmiyyəti vahid bir məqsəd ətrafında birləşmişdi:

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Dəmir Yumruq kimi birlik var idi. İndi elə nəsil formalaşıb ki, onun bir hissəsi pasifist, yəni daim sülh şəraitində yaşamaq niyyətində olan insanlardır. Amma Azərbaycan cəmiyyətində bu, olduqca az bir marginal (əhəmiyyətsiz, aralıq mövqe tutanlar) qrupdur.

Ola bilsin, müharibə bu insanlara çox pis təsir edib. Çünki savaşın da öz qayda-qanunu var. Hərbi Qənimətlər Parkının açılması və orada nümayiş etdirilən eksponatlar ilk növbədə böyük qələbənin gələcək nəsillərə ötürülməsidir. Biz açıq cəmiyyətdə yaşayırıq deyə hər bir şəxsin öz fikiri ola bilər. Lakin indiki dönəmdə, müharibənin 6 ay əvvəl bitməsi və böyük qələbə şəraitində mənfi düşüncələrin səsləndirilməsi də yersizdir.

Sosial şəbəkələrdə də görürük ki, o cür pasifist (sülh tərəfdarları) fikir daşıyıcıları mövcuddur. Onlar hər bir cəmiyyətdə var.

Onları çıxdaş edə bilmərik. Sadəcə, anlamalıdırlar ki, bu tip fikirlər, xaricdən Bakıya yönələn anti-Azərbaycan kampaniyası ilə üst-üstə düşür. Yəni, belə fikirlər söylənilərkən sözügedən məqamlar da nəzərə alınmalıdır”.

Müsahibimiz qeyd etdi ki, Hərbi Qənimətlər Parkı və Azərbaycanın digər uğurlarını həzm edə bilməyən ikinci təbəqə də mövcuddur:

“İkinci təbəqə Azərbnaycanda qələbəyə kölgə salmaq niyyətində olanlardır. Eyni zamanda müşahidə edirik ki, zəfərdən sonra yeni geosiyasi reallıqları qəbul etməyən xarici qüvvələr var. Onların məqsədi Azərbaycanı zəiflətməkdir. Bura ölkənin iqtisadiyyatı, daxili stabilliyin pozulması da aiddir. Bəzi xarici qüvvələr Azərbaycan cəmiyyətindəki birliyi də pozmaq istəyirlər. Azərbaycanı zəiflətmək istəyənlər isə həm ermənipəstlər, həm də Bakının təqdim etdiyi yeni geosiyasi reallıqlarla barışmaq istəməyənlərdir”.

Politoloqun sözlərinə görə, ermənipərəstlər və xarici qüvvələrin Azərbaycan cəmiyyətində, siyasətində illər ərzində formalaşdırdığı qruplar var.

Onların maliyyələşdirdiyi həmin qruplar Azərbaycanı büdrətmək üçün fəaliyyət göstərir. Bu isə təhlükəlidir:

“Amma Azərbaycan cəmiyyəti 26 il ərzində ermənipərəst qrupların təbliğatına qarşı immunitet formalaşdırıb. Ölkə başçısı da son çıxışlarının birində deyib ki; həm dövlət çevrilişi cəhdləri, həmçinin Azərbaycanı istəməyən qüvvələrin fəallığının qarşısı həmişə hökumət tərəfindən alınıb”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin