“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı biz potensial müştərək iqtisadi layihələri, o cümlədən ticarət-iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ukrayna prezidentlərinin görüşü baş tutdu - FOTO
Zelenski qeyd edib ki, Münxendə keçirilən görüş zamanı İrpenin bərpası üçün layihələr həyata keçirdiyinə görə Prezident Əliyevə minnətdarlığını ifadə edib.
“Əminəm ki, Ukrayna-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bölüşürük” , - deyə Ukrayna lideri qeyd edib.
Bizim.Media