Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr APARDI 

Hazırda oxunan: Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr APARDI 

178621

ABŞ BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini dəstəkləyir. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt “X” sosial şəbəkəsindəki hesabında bildirib. 

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək idi”, - o qeyd edib. 
Xatırladaq ki, bu il Azərbaycanda COP-29 keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin