Prezident: “ATƏT-in Minsk qrupu kimi tamamilə fəaliyyətsiz strukturların ləğv edilməsi vacibdir”

Hazırda oxunan: Prezident: “ATƏT-in Minsk qrupu kimi tamamilə fəaliyyətsiz strukturların ləğv edilməsi vacibdir”

178529

“Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 16-da Münxendə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü zamanı bildirib.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin