Putindən MARAQLI GEDİŞ – “Trampla dostluğunu gizlətmək üçün Baydeni tərifləyir”

Hazırda oxunan: Putindən MARAQLI GEDİŞ – “Trampla dostluğunu gizlətmək üçün Baydeni tərifləyir”

178490

“Rusiya Amerika xalqının seçəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır. Lakin Bayden daha yaxşı olardı”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Vladimir Putinin Sabiq ABŞ Prezidenti Donald Trampla əlaqələrinin güclü olduğu və gizli danışıqlar apardığı ilə bağlı məlumatlar yayıldığı ərəfədə Putin niyə Baydenin adını hallandırıb? 

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, əslində, bu, siyasi gedişdir: 

“Onun nitqində “Amerika xalqının seçdiyi prezident” fikri var. Daha sonra deyir ki, “Bayden olsa, yaxşıdır”. Putin 1 güllə ilə bir neçə dovşan vurub. Həm Amerika xalqını aşağılayır, həm seçkilərin düzgün keçirilməməsinə rişxənd edir, həm də Trampla münasibətlərini ört-basdır edir. Eyni zamanda o, bu cavabı ilə Amerikanın gələcəyinin qaranlıq olmasına işarə edir. Çünki Bayden bu 4 ildə Amerikanı elə bir vəziyyətə salıb ki, olan-qalan bütün hörmətini itirib”. 

Politoloq əlavə edib ki, dünyanın yeni düzəninin formalaşmasında Rusiya-Çin dueti Amerikanı oyundan kənarlaşdırmağa çalışır: 

“Onlar müəyyən mənada buna nail olmaq üzrədirlər. Artıq Çin dünyanın 1 nömrəli iqtisadi hegemonuna çevrilib. Beynəlxalq Valyuta Fondunun apardığı hesablamalar göstərir ki, yaxın 5 il ərzində Çin Amerikanı öz iqtisadi gücünə görə ən az iki dəfə üstələyəcək. Həmçinin Şərq yenidən dirçəlməyə başlayır, ağırlıq mərkəzi bu istiqamətə yönəlir. Putin də bunu yaxşı bilir və ABŞ-a mesaj verir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin