Parlament Əli Əsədovun Baş nazir təyin olunmasına RAZILIQ VERDİ 

Hazırda oxunan: Parlament Əli Əsədovun Baş nazir təyin olunmasına RAZILIQ VERDİ 

178421

Milli Məclis Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib. 

Bizim.Media xəbər verir ki, Əli Əsədovun təyinatı məsələsi Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən müzakirəyə çıxarılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Novruzovdan Əli Əsədovun Baş nazir təyin olunması məsələsinə MÜNASİBƏT 


Çıxış edən deputatlar Əli Əsədovun Baş nazir vəzifəsinə yenidən təyin olunmasını müsbət qiymətləndiriblər. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.  

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Baş nazir Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin razılığı ilə təyin olunur. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin