Rişi Sunak: "Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək"

Hazırda oxunan: Rişi Sunak: "Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək"

178328

Böyük Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək. 

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb. 

O bildirib ki, ötən 30 ildən artıq müddətdə iki ölkə arasındakı münasibətlər daha da güclənib: 

"Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik. 
2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz", - hökumət başçısı qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin