Paşinyanı geri addım atmağa nə MƏCBUR ETDİ? – Deputatdan MARAQLI ŞƏRH 

Hazırda oxunan: Paşinyanı geri addım atmağa nə MƏCBUR ETDİ? – Deputatdan MARAQLI ŞƏRH 

178126

Ermənistanın dünən Azərbaycanla sərhəddə törətdiyi təxribat gözlənildiyi kimi bumeranq effektilə artıq öz başlarını ağrıtmağa başlayıb. Belə ki, İrəvanın törətdiyi təxribata Azərbaycan Ordusunun verdiyi sərt cavab Paşinyan hökumətini əməlli-başlı qorxuya salıb. Bunun nəticəsidir ki, baş nazir Paşinyan Ermənistan Müdafiə Nazirliyinə heç bir eskalasiyaya yol verməmək, atəş açmamaq barədə əmr verib. 

Görəsən, Azərbaycanın erməni təxribatına sərt cavabı Paşinyanı qorxuya saldı, yoxsa bu qərarın arxasında başqa səbəblər var?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Paşinyanın Müdafiə Nazirliyinə atəş açmamaqla bağlı əmr verməsi Azərbaycanın hər zaman olduğu kimi Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə, sərt şəkildə almasından irəli gəlir:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan GERİ ADDIM – Rusiya Nikolun göz yaşlarına İNANMAYACAQ... 


“Ermənistanın təxribatlar törətdiyi, Azərbaycanın isə sadəcə olaraq, qorunmağa çalışdığı dövr artıq arxada qalıb. 2020-ci ildən sonra Ermənistanın bütün təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. Bununla paralel, Azərbaycan öz mövqeyini daha da möhkəmləndirir. Ermənistan ağır məğlubiyyətə düçar olub. Paşinyan da gözəl anlayır ki, hər bir törədilən təxribat Ermənistana baha başa gəlir, bumeranq effektilə ona ağır zərbələr vurur”. 

Bu səbəbdən də ekspertə görə, Paşinyan sadəcə olaraq, məcburiyyət qarşısında belə qərar verməli olub:

“Çünki Azərbaycandan qorxur. Bu həm də onun göstəricisidir ki, Azərbaycana qarşı çıxmağın heç bir nəticə vermədiyini artıq Ermənistana dəstək verən qüvvələr də dərk edir. Vaxtilə onlar münaqişə vəziyyətini uzadırdı ki, İrəvana gələcəkdə işğalçılıq siyasətini leqallaşdırmağa imkan versinlər. Amma bu baş tutmadı. Azərbaycan hərbi yolla torpaqları işğaldan azad etdi. 

Onu da nümayiş etdiririk ki, Ermənistanın istənilən xarakterli təxribatlarının qarşısını qətiyyətlə almaq gücündəyik. Ermənistan bir dəfə də cəhd etdi ki, Azərbaycanın reaksiyasını görsün.

Azərbaycanın reaksiyası isə sərt oldu. Eyni zamanda, Paşinyan ciddi beynəlxalq dəstək də almadı. Çünki beynəlxalq qüvvələr də Azərbaycana qarşı atılan addımların faydasız olduğunu anlayıblar. Azərbaycanı güc mövqeyilə qorxutmaq qeyri-mümkündür”.

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin