Rubayev: “Ermənistan təxribatlara davam etsə, Azərbaycan qəti addımlar atacaq” – ÖZƏL 

Hazırda oxunan: Rubayev: “Ermənistan təxribatlara davam etsə, Azərbaycan qəti addımlar atacaq” – ÖZƏL 

178060

“İrəvanda əhval-ruhiyyəni kollektiv Qərb müəyyən edir ki, bu da regionda gərginliyin saxlanılmasına yönəlib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ermənistanın şərti sərhəddə təxribata əl atmasını şərh edən Avrasiya Problemləri Monitorinq Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Medvedev: “Azərbaycanla müttəfiqlik Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir”


Proseslərdə Qərbin birmənalı olaraq əli olduğuna diqqət çəkən Rubayev, bəzi qüvvələrinin münaqişəni yenidən alovlandırmaqda maraqlı olduğuna diqqət çəkib: 

“Ermənistanın hazırkı siyasi rejimi suveren siyasətin olmaması səbəbindən daxili və regional çətinliklərin öhdəsindən gələ bilmir. İrəvanda əhval-ruhiyyəni kollektiv Qərb müəyyən edir ki, bu da regionda gərginliyin saxlanmasına yönəlib. Mümkün müharibəyə gəlincə, məncə, yaxın gələcəkdə müharibə olmayacaq, bu Ermənistanın növbəti təxribatıdır. Amma belə hallar təkrarlanarsa, Azərbaycan qəti addımlar atacaq”, - deyə A.Rubayev bildirib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin