"NATO hadisələrə selektiv yanaşır" – Deputatdan MARAQLI ŞƏRH  

Hazırda oxunan: "NATO hadisələrə selektiv yanaşır" – Deputatdan MARAQLI ŞƏRH  

177805

“NATO-ya qarşı istənilən hücum vahid və güclü cavabla qarşılanacaq”.

Bu fikirləri alyansın Baş katibi Yens Stoltenberq deyib. NATO Baş katibinin xəbərdarlıq xarakterli bu bəyanatının kimə yönəldiyi isə əsas maraq doğuran məsələdir.

Görəsən, NATO-nun birbaşa münaqişəyə daxil olmaq ehtimalı varmı?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında mövzunu şərh edib. O qeyd edib ki, Stoltenberqin bu fikri ifadə tərzi baxımından çox qətiyyətli və cəsarətli görünsə də, məzmun və praktiki addım baxımından o qədər də obyektiv deyil:
 

MÖVZU İLƏ BAĞLI:

NATO Ermənistanı silahlandıracaq? – SENSASİON AÇIQLAMA  


“Çünki NATO-nun üzvü olan ölkələr daxildə kateqoriyalaşdırılıblar. Biz bəzən buna ikili standartlar deyirik. Ancaq bu ikili standartlar təşkilata üzv olan ölkələrin özlərinə də tətbiq edilir. NATO-nun üzvü olan ölkələrin içərisində dırnaqarası “ağ ölkələr” var. NATO digər kateqoriyalardakı ölkələri sözügedən “ağ ölkələr” qədər qətiyyətlə müdafiə etmir. 

Bunun bariz nümunəsini Türkiyəyə münasibətdə görürük. Məsələn, Türkiyə NATO üzvü olan ölkədir. Bu ölkəyə qarşı terror qruplaşmaları tərəfindən Yaxın Şərqdə çoxsaylı müharibələr elan olunub. Türkiyə dəfələrlə bu məsələləri NATO-nun ümumi təhlükəsizliyi kontekstində qaldırsa da, təşkilat heç bir addım atmayıb. Halbuki NATO-nun strateji cinahı cənubdur. Amma biz əksini müşahidə edirik. NATO üzvü olan ölkələr Türkiyə ilə savaşır. 

Məsələn, Fransa NATO üzvü kimi Türkiyə ilə savaşır və Suriyada terror təşkilatlarına tunellər qazırdı. Bundan əlavə, Amerika Birləşmiş Ştatları, Yunanıstan bu gün NATO müttəfiqi olan Türkiyə ilə savaşır. Doğrudur, bu, birbaşa savaş deyil, amma vəkalət savaşıdır”. 

Deputatın fikrincə, NATO-nun monolit gücü olması ilə bağlı Stoltenberqin səsləndirdiyi fikir o qədər qorxulu deyil: 

“Bir gün Rusiya silahları Polşanın hava və quru sərhəddini pozarsa, əmin olun ki, NATO bunu Almaniyaya qarşı edilən kobudluğun cavabı kimi qiymətləndirməyəcək. Almaniyaya qarşı belə bir şey olarsa, NATO tamamilə fərqli bir mövqe qoyacaq. Amma Rusiya Polşaya, Estoniyaya qarşı hər hansı bir təcavüz edərsə, sözügedən təşkilat fərqli davranacaq. Baxmayaraq ki, hamısı NATO-da eyni statuslu ölkələrdir, lakin söz sahibi olan komandanlıq hər bir ölkəyə qarşı ayrı cür qərar qəbul edir.

NATO-nun tərkibində bir iyerarxiya var və bu, Türkiyə timsalında çox aydın görünür. Təşkilatın daxilində Türkiyəni ən alt halqa kimi görürlər. 1979-1983-cü ildən etibarən Türkiyə düz 40 ildir ki, müharibə aparır. Amma NATO Türkiyənin təhlükəsizliyi ilə bağlı heç bir addım atmır. Müxtəlif bəhanələrlə modern silahlarını Türkiyəyə verməkdən imtina edir. 
Sabah Rusiya tərəfindən Şərqi Avropa ölkələrinin birinə hansısa təhlükə olarsa, Stoltenberq qətiyyətli davrana bilməyəcək”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin