Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr KEÇİRİLİB

Hazırda oxunan: Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr KEÇİRİLİB

177443

Bakı şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə Konfederasiyasının nümayəndə heyətinə Federal Xarici İşlər Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin müdiri Müriel Peneveyre rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
Cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin