Sırski təyinatının PƏRDƏARXASI – “Ukrayna parçalanacaq, yeni yəhudi dövləti YARADILACAQ”

Hazırda oxunan: Sırski təyinatının PƏRDƏARXASI – “Ukrayna parçalanacaq, yeni yəhudi dövləti YARADILACAQ”

177418

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun baş komandanı Valeri Zalujnını istefaya göndərib, yerinə Aleksandr Sırskini Ali Baş Komandan təyin etdi. 

Qeyd edək ki, Zelenski ilə Zalujnı arasında yaranan ziddiyyətlər və baş komandanın istefaya getməsi Kiyevdə hökumət böhranının başlaması kimi xarakterizə olunur.

Zalujnının xələfi Sırski haqqına iddialar isə Ukraynanı daha təhlükəli durumun gözləməsi ilə bağlı iddiaların artmasına səbəb olub. Belə ki, Sırski milləyətcə yəhudidir, üstəlik valideynləri Rusiyada yaşayır. 

Ukraynada yeni yəhudi dövlətinin qurulacağı ilə bağlı proqnozlar isə gün keçdikcə daha da artır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Sırskinin gəlişilə Odessa vilayətində növbəti yəhudi dövlətinin əsası qoyulacaq: 

“Zalujnı ilə Zelenski arasında ciddi problemlər vardı. Zalujnı peşəkar hərbçidir. Zelenski isə hərbdən və siyasətdən də tamamilə uzaq adamdır. Bu tip adamlar isə ölkədə hörməti olan başqa bir dövlət adamını qətiyyən sevmir. Bu dövlət başçılarının əksəriyyətinə xas olan xüsusiyyətdir. Ona görə də Zelenski Zalujnını uzaqlaşdırdı. 

Sırskinin gətirilməsinə gəldikdə, Zelenskinin özü bir layihədir. Plana görə, bəzi qüvvələr Odessa vilayəti ərazisində ikinci bir yəhudi muxtariyyəti yaratmaq istəyirlər. Orada yaşayanların çoxu da yəhudidir. Eyni zamanda, onların Qara dənizə çıxışı da var. İsrail də belə olduqda, həmin vilayəti inkişaf etdirməkdə maraqlı olacaq. Ola bilsin, bu plan Rusiya ilə də razılaşdırılıb. Sırski də Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq”. 

Ekspertin fikrincə, bütün bunlar onu göstərir ki, Kiyev artıq yeni istiqamətə meyl edir. Politoloq bildirir ki, yaranmış vəziyyətdə Ukraynanın parçalanması qaçılmazdır:

“Kiyev Rusiya ilə ən azı hərbi səviyyədə münasibətləri gizli olaraq qaydaya salmağa çalışacaq. Ukraynanın bu müstəvidə parçalanması məsələsi onsuz da gündəmdə idi. Ölkənin şərqi tamamilə Rusiyanın nəzarətinə keçəcək. Qərb əraziləri isə Macarıstan, Polşa və Rumıniya arasında bölünəcək. İndi İsrail də bura əlavə olunur. O da yaranmış vəziyyətdən yararlanmağa çalışır. Zelenski də yəhudidir. Yaxınları İsraildədir. 
Zalujnı isə təmiz ukraynalı idi və Zelenskini devirə bilərdi. Bu səbəbdən Zelenski Sırskini gətirdi ki, öz planlarını həyta keçirsin. Daha doğrusu, Zelenskinin özü də planın iştirakçısıdır. Pərdə arxasında həmin kuklanı oynadan isə dərin dövlətdir. Nəticədə isə deyə bilərik ki, Ukrayna birmənalı olaraq parçalanacaq”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin