Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim.
MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.
Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.
Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkilərin keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.
Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:17 / 09.02.2024
MDB Baş katibindən İlham Əliyevə təbrik MƏKTUBU
Hazırda oxunan: MDB Baş katibindən İlham Əliyevə təbrik MƏKTUBU
Hazırda oxunan: MDB Baş katibindən İlham Əliyevə təbrik MƏKTUBU
177411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.