Türkiyənin xarici işlər naziri Hakan Fidan İlham Əliyevi prezident seçkilərindəki qələbə münasibətilə təbrik edib.
Bizim.Media-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, türkiyəli nazir İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun 5-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı bu barədə fikirlərini bölüşüb.
“Əziz dostlar, bildiyiniz kimi, 2 gün öncə qardaş Azərbaycanda prezident seçkiləri keçirilib. Cənab İlham Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu qələbə münasibətilə cənab İlham Əliyevi təbrik edir, ona uğurlar arzulayıram”, - deyə Hakan Fidan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:20 / 09.02.2024
Hakan Fidan İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Hakan Fidan İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Hakan Fidan İlham Əliyevi TƏBRİK ETDİ
177383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.