“Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında ən vacib fikrin “İsgəndər” raketləriylə bağlı olduğunu düşünürəm. Çünki, prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi.
Birincisi, prezident dedi ki, Rusiya prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, prezident dedi ki, onun tapşırığıyla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.
Bu o deməkdir ki, Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib”.
MÖVZU İLƏ BAĞLI:
''Putinlə “İsgəndər-M”i müzakirə etmişik'' - İlham Əliyev
Bizim.Media xəbər verir ki, bu sözləri ”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ölkə başçısı İlham Əliyevin ard-arda iki gün etdiyi çıxışları şərh edərkən deyib.
Politoloqun sözlərinə görə İlham Əliyev dünən və bu gün “İsgəndər” raketləriylə bağlı cümlələrini belə bitirib:
““Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”. Fikrimcə, İlham Əliyevin iki gün ərzində ard-arda verdiyi bu açıqlamaları Kreml hansısa şəkildə cavablandırmağa çalışacaq. Çünki, Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib.
İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək.
Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır”.
Alçina Amilqızı, Bizim.Media