“Digər ölkələrin liderləri İlham Əliyevdən nümunə götürürlər” - Daria Qrevstova

Hazırda oxunan: “Digər ölkələrin liderləri İlham Əliyevdən nümunə götürürlər” - Daria Qrevstova

177249

"İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində parlaq qələbəsi onu deməyə əsas verir ki, Cənubi Qafqazda bütün qonşu dövlətləri sakitlik, inkişaf və sabitlik gözləyir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

Azərbaycandakı Prezident seçkilərini şərh edən politoloq, bundan sonra qonşu ölkələri də inkişafın gözlədiyini deyib:

"Hazırki dönəmdə Azərbaycanda sabit siyasi vəziyyətin və proqnozlaşdırıla bilən liderin olduğunu anlamaq çox şey deməkdir. Rusiya əlbəttə ki, sevinir və Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Sizin də, bizim də gördüyümüz kimi, dostluq əlaqələrimiz bizə müxtəlif sahələri, məsələn, iqtisadiyyatı, humanitar layihələri və digər sahələri fəal şəkildə inkişaf etdirməyə imkan verir.

Doğrudan da, İlham Əliyev dünyada tanınmış liderdir ki, o, 90 faizdən çox səs toplayaraq yenə  birinci oldu. Onun qələbəsi  hamıya onun xalqı arasında çox populyar lider, qalib lider olduğunu göstərir. Azərbaycan əhalisi İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə və inkişafa səs verib. Ona görə də, əhalinin Azərbaycana yeni mərhələdə rəhbərlik etməyi məhz ona həvalə etməsi çox vacibdir".

Qrevtsova əlavə edib ki, Cənab Əliyevin yenidən Prezident seçilməsi Qafqaz regionu üçün sülhün zəmanətidir:

"Cənubi Qafqazı İlham Əliyevin rəhbərliyi ilə sabit inkişaf gözləyir. Gördüyümüz kimi və prinsipcə bütün qonşu dövlətlərin də gördükləri kimi işğaldan azad olunan rayonların aktiv bərpası gedir. Keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması çox vacibdir və bu, ölkənin mütərəqqi addımlar atdığını və planlaşdırılan bütün siyasətləri həyata keçirdiyini göstərir.

Xalq bunu görür və İlham Əliyevə səs verir. Digər ölkələrin liderləri hətta İlham Əliyevdən nümunə götürürlər, təbii ki, hər bir lider Azərbaycan Prezidentinə olan dəstəyin arzusundadır. Ümumilikdə, deyə bilərik ki, seçki günü, çox yüksək fəallıq oldu. Prezidentin yüksək səs faizləri göstərir ki, əhali prezidentin və onun komandasının siyasətini qeyd-şərtsiz dəstəkləyir", - deyə Qrevtsova əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin