Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini MƏHV ETDİ

Hazırda oxunan: Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini MƏHV ETDİ

177198

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Gara bölgəsində PKK terror qruplaşmasının rəhbərlərindən olan Yunus Demiri zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

O, beynəlxalq axtarışda olub.

Qeyd edk ki, “Şivan Gever” kod adlı Yunus Demir 1995-ci ildən PKK terror qruplaşmasına qoşulub. Uzun illər Türkiyədə və İraqın şimalında qruplaşma daxilində fəaliyyət göstərib. Bu müddət ərzində başçılıq etdiyi dəstə ilə polis məntəqələrinə hücumlar təşkil edib.

2014-cü ildə İraqın Kandil bölgəsində “Şərqi Kürdüstan Müdafiə Birliklərin”in rəhbərliyində yer alıb. 2015-2017-ci illərdə Suriyada PKK-nın qanadı YPG-nin “məsul”u olub. 2019-cu ildən isə İraqın Sincar bölgəsində “Müdafiə Birlikləri"nin “sahə məsulu” kimi terror fəaliyyət göstərib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin