Xankəndində Azərbaycan qanunlarının tətbiqi ilə bağlı Hikmət Babaoğludan AÇIQLAMA

Hazırda oxunan: Xankəndində Azərbaycan qanunlarının tətbiqi ilə bağlı Hikmət Babaoğludan AÇIQLAMA

17719

Feyk xəbərlər hazırlamaqda “mahir” olan Ermənistan mətbuatında gün ərzində müxtəlif informasiyalar yayılır. Sözügedən saytlarda Qarabağdakı qondarma rejimlə bağlı xəbərlər də dərc olunur.

Erməni agentlikləri Araik Arutyunyanın “Artsax” rəhbəri olaraq müxtəlif görüşlər keçirdiyini, Xankəndi və digər Azərbaycan ərazilərində gələcək infrastruktur layihələri barədə plan qurduğunu iddia edirlər.

Bu səbəbdən də, azərbaycanlıları ən çox düşündürən məsələlərdən biri elə sülhməramlıların məsuliyyət zonası olan Dağlıq Qarabağın aqibətidir. 
Mövzunu millət vəkili Hikmət Babaoğlu ilə davam etdirdik.

Separatçı rejimin özbaşınalıqlarını dilə gətirən deputat Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda kompakt yaşayan erməni icması var:

“Azərbaycan mərkəzi icra hakimiyyəti qurumlarının orada tam funksional şəkildə fəaliyyəti üçün bir qədər müddətə və adaptasiya prosesinə ehtiyac var. Bu prosesdə icma nümayəndəsi kimi Arutyunyanın hər hansı görüşlər keçirməsi əlbəttə ki, yolverilməzdir”.

O, Araikin Xankəndində icazəsiz fəaliyyətinin olduğunu təəssüflə qeyd etdi:

“Bu, hər nə qədər Azərbaycan ictimai rəyində narahatlıq doğursa da, bir o qədər də ciddi narahatlıq keçirtməyə dəyməz. Çünki önümüzdəki mərhələdə icmanın idarə olunması ilə bağlı və Azərbaycan mərkəzi icra hakimiyyəti qurumlarının bütün səlahiyyətlərinin ermənilərin sıx yaşadığı yerlərdə də bərpasına az qalıb. 

Ona görə də, əgər kimsə bu prosesdə hansısa qanun pozuntularına yol veribsə, Azərbaycanın milli qanunvericiliyinə zidd addımlar atıbsa, növbəti mərhələdə bu qanunların qarşısında cavab verməli olacaq. Hazırkı adaptasiya prosesində bu cür halların olması qəti qəbuledilməzdir, lakin təəssüf ki, bu baş verir.

Heç kəs ümid etməsin ki, belə qanun pozuntuları Azərbaycanın müvafiq qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının diqqətindən yayınır. 

Əsla, belə bir şey yoxdur. Qanunları pozan hər kəs vaxtı çatanda layiqli cəzasını alacaq”,- deyə deputat məsələyə münasibətini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin