“Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib və çox güman ki, hazırkı prezident İlham Əliyev əvvəllər erməni separatçılarının nəzarətində olan bölgə üzərində suverenliyi bərpa etdikdən sonra növbəti müddətə yenidən seçiləcək. Prezident seçkisi 2025-ci ildə keçirilməli idi, lakin Azərbaycan otuz il ərzində etnik ermənilərin nəzarətində olan Qarabağ bölgəsini geri aldıqdan sonra növbədənkənar seçkisi elan olunub”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Associated Press” (AP) agentliyində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisinə həsr olunmuş məqalədə qeyd edilib.
Bildirilib ki, 2020-ci ilə qədər erməni hərbçilərinin nəzarətində olan Füzuli şəhərində AP müxbirləri seçicilərin uzun növbələrə düzülməsi ilə yüksək fəallığın şahidi olublar.
Məqalədə Füzuli şəhərində erməni işğalı dövründə yaranan xarabalıqlara diqqət yetirilib və qeyd edilib ki, Azərbaycan öz doğma torpaqlarına qayıtmaq istəyən yerli sakinlər üçün 25 yeni yaşayış binası tikib.
“Qarabağın erməni qoşunlarından geri alınan digər ərazisi Zəngilan rayonunun Ağalı kəndində də seçici fəallığı yüksək olub”, - deyə məqalədə qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
02:29 / 08.02.2024
ABŞ KİV seçkidən YAZDI: “Qarabağı geri alan prezidentin seçkilərdə qələbəsi”
Hazırda oxunan: ABŞ KİV seçkidən YAZDI: “Qarabağı geri alan prezidentin seçkilərdə qələbəsi”
Hazırda oxunan: ABŞ KİV seçkidən YAZDI: “Qarabağı geri alan prezidentin seçkilərdə qələbəsi”
177147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.