Səfir: “Türkiyə-Azərbaycan əlaqələrini Şuşa Bəyannaməsi çərçivəsində möhkəmləndirəcəyik” - FOTO

Hazırda oxunan: Səfir: “Türkiyə-Azərbaycan əlaqələrini Şuşa Bəyannaməsi çərçivəsində möhkəmləndirəcəyik” - FOTO

177137

“Qardaş Azərbaycan xalqının seçimi və iradəsi ilə 5-ci dəfə Prezident seçilən qalib xalqın qalib lideri cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticəsinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzu edirik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” hesabında qeyd edib.

“Yeni dövrdə Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün dövlət birliyi anlayışı ilə var gücümüzlə çalışacağıq.

Dünən, bu gün və sabah hamımız bir yerdə, yan-yana, arxa-arxa, əl-ələ, çiyin-çiyinə olacağıq”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, ötən gün keçirilən növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev hazırki nəticələrə əsasən 92,1 faiz səslə liderlik edir.



Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin