Qarabağda “İsgəndər-M” raket qalıqlarının tapılması məsələsi hərbçilər tərəfindən müzakirə olunur.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada deyib.
"Hərbçilər sıx dialoq qururlar və görüşlərdə bütün məsələlər müzakirə olunur".
MÖVZU İLƏ BAĞLI:
''Putinlə “İsgəndər-M”i müzakirə etmişik'' - İlham Əliyev
Peskov “Doğrudanmı, Kreml Azərbaycan lideri İlham Əliyevin məktubunu alıb və bu mövzu iki prezident arasında baş tutan telefon danışığı zamanı müzakirə edilib” sualına cavabında belə deyib.
Bizim.Media