TÜRKPA rəsmisi: “Seçkilərin nəticələri Azərbaycanın bundan sonrakı inkişafında mühüm rol oynayacaq”

Hazırda oxunan: TÜRKPA rəsmisi: “Seçkilərin nəticələri Azərbaycanın bundan sonrakı inkişafında mühüm rol oynayacaq”

176857

“Qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyuruq”.

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesten nümayəndə heyətinin digər üzvləri ilə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

O bildirib ki, keçiriləcək seçkilərin nəticələri Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına əmindir.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin