Azərbaycanda seçki prosesinə hazırlığı yüksək qiymətləndiririk. Hesab edirəm ki, digər ərazilərdə olduğu kimi, işğaldan azad edilmiş bölgələrdə də səsvermə prosesi normal keçəcək.
Bizim.Media Secki-2024.az saytına istinadən xəbər verir ki, bu sözləri Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının nümayəndə heyətinin koordinatoru Viktor Seliverstov jurnalistlərə açıqlamasında deyib.
V.Seliverstov fevralın 7-də seçki prosesini müşahidə etdikdən sonra nəticələr barədə müzakirə aparacaqlarını vurğulayıb.
Seçkilərdə həm müşahidəçi, həm də tərəfdaş kimi fəal iştirak edəcəklərini söyləyən koordinator seçki prosesini izləmək üçün kifayət qədər müşahidəçinin qeydə alındığını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:00 / 06.02.2024
Rusiyalı müşahidəçidən Qarabağdakı səsvermə prosesi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rusiyalı müşahidəçidən Qarabağdakı səsvermə prosesi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rusiyalı müşahidəçidən Qarabağdakı səsvermə prosesi ilə bağlı AÇIQLAMA
176841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.