Amerikalı professordan ETİRAF – “Qərb Azərbaycana qarşı qərəzli addımlar atır” – ÖZƏL 

Hazırda oxunan: Amerikalı professordan ETİRAF – “Qərb Azərbaycana qarşı qərəzli addımlar atır” – ÖZƏL 

176777

“Azərbaycan Qərbin Ermənistanın xeyrinə atdığı qərəzli addımlardan əziyyət çəkir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Amerika Birləşmiş Ştatlarının Tennessi Texnoloji Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Maykl Gunter deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Orta Dəhliz uğrunda MÜBARİZƏ GENİŞLƏNİR – “Geosiyasi toqquşmalar baş verə bilər”


ABŞ və Aİ-də siyasətçilərin rəsmi Bakıya qarşı qərəzli mövqeyini şərh edən Gunter, Azərbaycana qarşı qarayaxma kampaniyalarında erməni izinin olduğuna diqqət çəkib.

“Qərb Azərbaycan hakimiyyətini həbslər və işgəncələrdə ittiham edir. Bunun səbəbi ABŞ, Rusiya, Fransa və digər ölkələrdə erməni diasporunun güclü olmasıdır. Erməni diasporları öz ermənipərəst məqsədlərinə çatmaq üçün Azərbaycana qarşı Qərb ölkələrinə təsir göstərirlər. Buna görə də, Ermənistan hadisələri özünə sərf edən kimi ictimailəşdirməyi yaxşı bacarır.

Xristian xalqı kimi Ermənistan Qərbdə müsəlman Azərbaycandan daha çox dəstək qazanır. Ermənistan Birinci Dünya Müharibəsində türklər tərəfindən soyqırımına məruz qalması ilə bağlı iddialarını Qarabağla bağlı son hadisələrlə birləşdirə bilib. Ona görə də Qərbdə erməni təbliğatına inam formalaşıb. Nəticədə Azərbaycana qarşı Qərbdə mənfi fikirlər meydana gəlib”. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin