Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkini İZLƏYƏCƏK

Hazırda oxunan: Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkini İZLƏYƏCƏK

176725

Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidməti məlumat yayıb. 

Məlumata görə, Azərbaycanda keçirilən prezident seçkisində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib. 

Qeyd edək ki, fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkisi keçiriləcək.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin