Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ASAN Radioda “Qeyri-rəsmi” verilişinin qonağı olub.
Bizim.Media xəbər verir ki, səfir müsahibə boyunca yalnız azərbaycanca danışıb.
Azərbaycana heyranlığını ifadə edən səfir ölkəmizi “qiyməti olmayan xəzinə” adlandırıb və Azərbaycanı “gözəl insanları və bənzərsiz təbiəti olan ölkə” hesab etdiyini bildirib.
Səfir Azərbaycan mətbəxinə olan sevgisindən danışıb, o cümlədən Şəki pitisi və Lənkəran mətbəxinə xas olan turş kababını xüsusi qeyd edib:
“İşdən asudə vaxtlarımda Bakıdan kənara səyahət etməyi və Azərbaycanın digər guşələrini kəşf etməyi xoşlayıram”.
Səfir Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərə səyahət təcrübəsini bölüşüb: "Mən artıq Qubadlıda, Füzulidə, Zəngilanda və Ağdamda olmuşam. Şuşada olmamışam, amma dəvət alsam, bu şəhərə səfər edəcəyimə ümid edirəm”.
Diplomat ölkəsinin Azərbaycanla münasibətlərinə də toxunub:
"Azərbaycanla Böyük Britaniya arasında xüsusi əlaqə var və bu, insanlar, hökumətlər və işgüzar dairələr arasında münasibətlərdə özünü göstərir. Azərbaycan və Böyük Britaniyanın istənilən mühüm mərhələdə bir-birini dəstəkləyəcəyinə əminəm”.
- A-
- A
- A+
Siyasət
17:48 / 03.02.2024
Britaniya səfiri: "Azərbaycan qiyməti olmayan xəzinədir" - VİDEO
Hazırda oxunan: Britaniya səfiri: "Azərbaycan qiyməti olmayan xəzinədir" - VİDEO
Hazırda oxunan: Britaniya səfiri: "Azərbaycan qiyməti olmayan xəzinədir" - VİDEO
176435
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.