Elmar Məmmədyarovdan ABŞ senatoruna REAKSİYA – “Lazımi cavabı alacaq”

Hazırda oxunan: Elmar Məmmədyarovdan ABŞ senatoruna REAKSİYA – “Lazımi cavabı alacaq”

176119

Xəbər verdiyimiz kimi ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin özünün sosial şəbəkə hesabında Azərbaycan hakimiyyətinə qarşı çağırış edib. Amerikalı senator Azərbaycanda insan hüquqlarının pozulması və siyasi məhbuslar barədə sərsəmləyib.

Ben Kardinin bu məsuliyyətsiz çıxışı cəmiyyətimizdə ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov  ABŞ siyasətçilərinin və konqresmenlərinin bu tip bəyanatlarında təəccüblü heç nə görmədiyini dedi:

“Mən nazir işlədiyim dövrdə bu tip bəyanatları daha çox eşidirdik. Ona görə də mən Ben Kardinin çıxışına o qədər də fikir verməməyin tərəfdarıyam. Bu çıxışda qeyri-adi heç nə yoxdur. Belə deyək də “çıxış xatirinə çıxışdır”.

Nəzərə alaq ki, ABŞ Senatında bu cür çıxışlar təkcə Azərbaycana qarşı edilmir. Əksər ölkələrə qarşı bu tip bəyanatlar verilir. Məsələn, Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın tərəfdaşıdır. Buna baxmayaraq amerikalı siyasətçilər bu dövlətə qarşı bəzən gülməli bəyanatlarla çıxış edirlər.

Bu mənada Ben Kardinin dediklərinə çox diqqət eləmək lazım deyil. O dedi və Azərbaycandan lazımi cavabı alacaq”.

Sabiq nazir onu da əlavə edib ki, ABŞ siyasətçiləri istənilən məqamdan istifadə etməyə çalışırlar:

“Bu payız Azərbaycan COP29 keçiriləcək. Bu tədbirə kölgə salmaq üçün bəzi amerikalı siyasətçi də fürsət bilib Azərbaycanı tənqid edir. Jurnalistin həbsi də, siyasi məhbus məsələsi də ABŞ-ın əlində bir təzyiq vasitəsidir.

Məqsəd də odur ki, bütün ölkələri bu və digər şəkildə təzyiq altında saxlasınlar. Bir də baxdın ki, Antoni Blinken ötən dəfəki kimi yenə zəng elədi ki, “fikir verməyin deyib, deyib də. Biz Azərbaycanla dostuq”. Vəssəlam”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin