BMT-nin Baş katibi Antonio Qutteres mətbuat katibi Stefan Düjarrik vasitəsilə açıqlama yayıb. Açıqlamada baş katib Dağlıq Qarabağda davam edən müharibədən, mülki əhali ilə bağlı məsələlərdən narahat olduğunu bildirir.
Ermənistanla Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həlli üçün səylərini artırmağa çağırış edir. “Baş katib tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə razılaşdırdıqları əvvəlki öhdəliklərini yerinə yetirməyə, vicdanla və təcili olaraq konkret tədbirlər görməyə çağırır.
O, tərəfləri konstruktiv dialoqa davam etməyə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə münaqişənin sülh və davamlı həlli üçün səyləri artırmağa çağırır”, - deyə bəyanatda vurğulanır.
Mətbuat katibi Quttereşin davam edən hərbi əməliyyatların mülki əhaliyə təsir etdiyi barədə xəbərlərdən ciddi şəkildə narahat olduğunu bildirib:
“O, bütün bu cür hücumları qınayır və beynəlxalq hüquq normaları çərçivəsində həyatları xilas etmək və mülki şəxsləri qorumaq, eləcə də hərbi əməliyyatlar zamanı mülki infrastrukturu qorumaq üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduqlarını təkrarlayır”.
Əslində, Antonio Qutteresin bu açıqlaması sadəcə kağız üzərində olan növbətçi (dejurni) münasibətdir. Adam ya bilərəkdən, ya bilməyərəkdən elə bilir ki, ATƏT-in Minsk qrupu işlək qurumdur və 30 ilin tamamından sonra da həmsədrləri “uzunmüddətli həll üçün səylərini artırmağa” çağırır, vicdanla və təcili olaraq konkret tədbirlər görülməsini tələb edir.
Quttersin böyük ehtimalla BMT-nin qəbul etdiyi qətnamədən də xəbəri yoxdur. Sözügedən qətnamələri 30 ildən sonra Azərbaycan gerçəkləşdir.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:12 / 01.11.2020
BMT-nin Baş Katibi Qarabağla bağlı açıqlama yaydı
Hazırda oxunan: BMT-nin Baş Katibi Qarabağla bağlı açıqlama yaydı
Hazırda oxunan: BMT-nin Baş Katibi Qarabağla bağlı açıqlama yaydı
1760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.