Azərbaycandakı seçki ilə bağlı Rusiyanın üç şəhərində məntəqələr açılacaq

Hazırda oxunan: Azərbaycandakı seçki ilə bağlı Rusiyanın üç şəhərində məntəqələr açılacaq

175902

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyanın üç şəhərində seçki məntəqələri açılacaq.

Bizim.Media “Secki-2024.az” saytına istinadən xəbər verir ki, məntəqələr Azərbaycanın Rusiyadakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda yaradılacaq. 

Sözügedən məntəqələr yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski prospekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;

Qeyd edək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin