Ermənistan öz terrorçularını Azərbaycanla şərti sərhəddə yerləşdirir

Hazırda oxunan: Ermənistan öz terrorçularını Azərbaycanla şərti sərhəddə yerləşdirir

175759

İndi Ermənistanda vəziyyət 90-cı illərdə olduğundan qat-qat mürəkkəbdir.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Yerkrapa” terror təşkilatının sədri Sasun Mikaelyan deyib.

Onun sözlərinə görə, bu gün "Yerkrapa"nın üzvləri şərti Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər:

“İndi ölkədə parçalanma var, xalq 4-5 yerə bölünüb, hamı bir-birini satqın hesab edir, belə bir şəraitdə sərhədi necə qoruya bilərik? Mən heç kimi qorxutmaq istəmirəm, amma indi taleyimiz tükdən asılıdır".

Mikaelyan vurğulayıb ki, sərhədi qorumaq üçün könüllülərin sayı artmalıdır:

"Peşəkar ordu yaratmaq üçün hakimiyyətə vaxt və imkan verməliyik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin