Çeçenistan müftisi Salah xa0Xadji-Mejiyev xa0Moskvada nəşr olunan “Novaya qazeta”x9d kollektivinin tezliklə Allah tərəfindən cəzalandırılacağını bildirib.xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, xa0buna səbəb həmin nəşrin aprelin 1-də guya Çeçenistanda hüquq-mühafizə orqanlarının homoseksualları kütləvi həbs etməsi haqda material dərc etməsi olub.xa0
Xəbərdə bildirilib: “Son həftələrdə Çeçenistanda güc strukturları tərəfindən qeyri-ənənəvi orientasiyada şübhəli bilinən yüzdən artıq kişi saxlanılıb. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik xidməti və digər qurumlar təsdiq edib. Bildirilib ki, homoseksualizmdə şübhəli bilinən şəxslərin sağ qalmaq şansı olduqca azdır. Çünki qohumları qətlin araşdırılmasına xa0və onların tutulmasına çalışmayacaqlar. Artıq üç nəfərin meyitinin olduğu deyilir. Saxlanılanlar arasında Çeçenistan müftisinin nümayəndəsi, din xadimlərinin yaxın qohumları, eyni zamanda iki çeçen teleaparıcı da var". xa0
Xəbərdən dərhal sonra Çeçenistan rəhbəri Ramzan Kadırovun mətbuat katibi Alvi Karimov bu informasiyanı xa0ağ yalan adlandıraraq çeçen kişilərinin “yalnız bir orientasiyası”x9d olduğunu bildirmişdi. xa0Daha sonra isə Çeçenistanın 24 tayfa lideri, xa0din xadimləri və s. iştrakıyla böyük yığıncaq keçirilib. Həmin tədbirdə Ramzan Kadırovun məsləhətçisi Adam Şaxidov xa0“Novaya qazeta”x9d kollektivini sərt ittiham edib. xa0Yığıncaqda qətnamə qəbul edilib. Sənədin ikinci bəndində deyilir ki, sözü gedən nəşr tərəfindən çeçen xalqının xa0qədim ənənələri, çeçen kişilərinin ləyaqəti xa0təhqir olunmuşdur. xa0“Biz söz veririk ki, bu addımın gerçək səbəbkarları, kimliklərindən, harada olmalarından asılı olmayaraq, vaxt itirilmədən cəzalandırılacaq...”x9d
Sultan Laçın




























































































