Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:28 / 25.01.2024
Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər nazirini QƏBUL EDİB
Hazırda oxunan: Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər nazirini QƏBUL EDİB
Hazırda oxunan: Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər nazirini QƏBUL EDİB
175115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.