Sergey Markov: “Azərbaycanın fəaliyyətini dondurması AŞPA üçün çox pis nəticələr verəcək” – ÖZƏL

Hazırda oxunan: Sergey Markov: “Azərbaycanın fəaliyyətini dondurması AŞPA üçün çox pis nəticələr verəcək” – ÖZƏL

175030

“Rusiyada Azərbaycanın AŞPA-ya qarşı atdığı bu addım çox böyük məmnuniyyətlə izlənildi və çox gözəl qarşılandı. Qeyd etmək istərdim ki, Rusiyanın da AŞPA ilə böyük problemləri var. Bu səbəbdən də Rusiyada Azərbaycanın bu addımı çox gözəl başa düşülür və Rusiya Azərbaycanın mövqeyi ilə tam razıdır”.

“AŞPA-nın özünə çətinlik yaranacaq”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırmasını şərh edən politoloq, bunun AŞPA üçün mənfi nəticələr doğuracağına diqqət çəkib:

“Onu bildirim ki, istər Azərbaycanfobiya, istər islamafobiya, istərsə də Rusiyafobiyası olan bir təşkilatla işləmək, məncə, heç də düzgün deyil. Düzdür, Avropa Şurası öz mövqeyini bildirməkdən ötrü bir meydançadır. Ancaq bu meydanda öz sözünü deyə bilmirsənsə, yəni kimsə sənin sözünü saymırsa, o zaman bu meydan nəyə lazımdır?!

Məncə Azərbaycanın AŞPA-da fəaliyyətini qeyri-müəyyən bir vaxta kimi dayandırması AŞPA-nın özü üçün çətinliklər yaradacaq. Bu, Avropa Şurası üçün heç də yaxşı olmayacaq”, - deyə S.Markov bildirib.

Analitik əlavə edib ki, hazırda AŞPA-nın özünün fəaliyyət göstərib-göstərməyəcəyi belə sual altındadır:

“Məncə artıq bir müddətdir Avropa Şurasında AŞPA-nın özünün fəaliyyətinin dayandırılması haqqındada söz-söhbətlər gəzir. Orada deyəsən, Avropa Birliyinin ölkələrindən başqa artıq heç kim qalmayıb. Rusiya ordan çıxıb, Azərbaycan fəaliyyətini dayandırdı, ola bilsin ki, bir müddət sonra Türkiyə də AŞPA-dakı iştirakını dayandırsın.

Məncə, bu şərtlər altında Avropa Şurasında AŞPA-nın fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr gedir. Yəqin, onlar deyirlər ki, “AŞPA-nın fəaliyyətini dayandıraq, maliyyə baxımından da xeyir edərik. Ora ayrılan maliyyəni də Avropa Şurasının digər işlərinə xərcləyərik”.

Buna görə də, Azərbaycanın bu addımı məncə AŞPA üçün çox pis nəticələr verəcək”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin