"AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir. Qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü, ukraynalı deputat Oleksiy Qonçarenko sessiyadakı çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı DAYANDIRDI
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh sazişinə doğru irəliləyir. Bu, bizim hamımızın dua etdiyimiz bir şeydir.
Biz Cənubi Qafqazda sülh istəyirik, biz bu iki xalq arasında sülh istəyirik. Onlar buna doğru hərəkət edirlər. Biz onların bu ana doğru necə hərəkət etdiklərini görürük. İndi birlikdə olmaq daha yaxşı olardı”, - deyə ukraynalı deputat deyib.
Deputat çıxışının sonunda Azərbaycan dilində “Yaşasın Azərbaycan” şüarı səsləndirib.
Bizim.Media