Arandan Venesiyaya… - 3 min il yaşı olan qılıncımızı ermənilər NECƏ OĞURLAYIBLAR? – FOTO 

Hazırda oxunan: Arandan Venesiyaya… - 3 min il yaşı olan qılıncımızı ermənilər NECƏ OĞURLAYIBLAR? – FOTO 

174873

“Tarixin bütün dövrlərində ermənilər Azərbaycana aid qədim arxeoloji qazıntılar zamanı tapılan və dəyəri milyonlarla ölçülən kitablar, eksponatlar, xalçalar, bəzək əşyaları, silah növləri və s. oğurlayıb aparıblar və erməniləşdirməyə cəhd ediblər. Lakin nə qədər saxtakarlıq etsələr də, təcrübəli tədqiqatçılar hər bir eksponatın naxış, quruluş, material və formasına görə müəyyən edə bilirlər ki, bu hansı dövrə, hansı xalqa və hansı coğrafiyaya aiddir”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər tarixçi alim Zaur Əliyevin araşdırmasında qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Ənvər Paşanın ölümünü necə öz adlarına ÇIXDILAR? – TARİXİ SAXTAKARLIQ 


Alim ermənilər tərəfindən oğurlanan daha bir tarixi eksponatımızla bağlı araşdırma aparıb:

“Ermənilərin bizim torpaqlardan oğurladıqları yaşı 3 min ilə yaxın olan qılınc İtaliyadakı San Lazzaro degli Armeni (Bizim dildə “ermənilərin müqəddəs Lazarı” kilsəsi) kilsəsində saxlanılır. Kilsə Lido və San Servolo adaları arasında Venesiyanın cənub hissəsində kiçik bir adada yerləşir. 

Venesiyanın Ca Foscari Universitetində çalışan italyan tarixçisi, Yaxın Şərqdə tapılan qədim qılıncların tədqiqi ilə məşğul olan Vittoria Dall Armellina eksponatı diqqətlə izləyib, qılıncın yaşını təyin etmək qərarına gəlib. Vittoria dərhal fərqinə varıb ki, silah orta əsr nümunələrinə bənzəmir və tədqiqatlarında artıq qarşılaşdığı silahlar kimi daha köhnədir. Nəticədə qılıncın Azərbaycan ərazisində bu günə qədər tapılan qədim silahlara bənzədiyi ortaya çıxıb. Sonda alim bu qılıncın təxminən 3 min il əvvəl hazırlandığı qənaətinə gəlib.

Qılıncın heç bir bəzəkləri, yazıları və fərqləndirici xüsusiyyətləri yoxdur. Silah arsenik bürüncdən hazırlanıb. Qılıncı erməni şairi Qevond Alişan tərəfindən 19-cu əsrin sonlarında Venesiyaya Türkiyənin Trabzon ərazisindən aparılıb. Azərbaycandan oğurlanıb, Trabzonda gizlədilib və burdan da Venesiyaya aparılıb. Qılınc uzun zamandır Venesiyadakı kilsədə saxlanılır. 
Azərbaycan ərazisində aşkar edilmiş bu qılınc qəlibdə bütöv şəkildə tökülüb və ağır enli tiyəsi ilə seçilir. Belə tiyə ilə yalnız yuxarıdan aşağıya doğrayıcı zərbələr vurmaq mümkün idi. Tiyə batırıcı zərbələr üçün nəzərdə tutulmadığından ucu dairəvi və küt idi.

Belə silahlardan bir neçəsi 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanıb. Onlar Kür çayının sol sahilində tapılmış türk döyüş tipli qılınclar idi. Belə ki, silahın uzun tiyəsi tədricən dəstəyə keçir. Dəstək isə enli halqa şəklində düzəldilmiş başlıqla tamamlanır”. 

Tariçi alim onu da qeyd edib ki,  ermənilərin bizdən oğurladıqları qılınca diqqətlə nəzər salanda üzərində “aran” sözünün yazıldığını görmək olar:

“Aran yaxud Arran antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ, Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgədir. Bu fakt Venesiyada saxlanılan qılıncın məhz Azərbaycan ərazisindən tapıldığını sübut edir. 

Azərbaycanda bürüncdən hazırlanan çoxsaylı eksponatlar bir çox dünya ölkələrində saxlanılır. Bu cür sənət nümunələri içərisində Beyləqandan tapılan bürünc quş fiqurları və hazırda Parisin Luvr muzeyində saxlanılan Osman Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraq doğurur. Ermənilərin bizdən oğurladıqları bu qədim qılınc hazırda Venesiyadakı muzeydə erməni silahı kimi təbliğ edilir”. 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin