Məhəmməd Haif Əl-Muteyri: “Küveyt həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib”

Hazırda oxunan: Məhəmməd Haif Əl-Muteyri: “Küveyt həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib”

174829

Yanvarın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr komitəsindən Bizim.Media-ya bildiriblər ki, komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın və Küveytin həm ikitərəfli, həm də çoxtərəfli formatda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağını deyən S.Fətəliyeva ötən illər ərzində siyasi, iqtisadi, mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafından danışıb.
O, qonaqlara Azərbaycanın öz ərazilərini işğaldan azad və suverenliyini tam bərpa etməsi, həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri, Ermənistanla sülh danışıqları prosesi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın səyləri, həyata keçirilən yaşıl enerji layihələri haqqında məlumat verib, İslam həmrəyliyinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Məhəmməd Haif Əl-Muteyri ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluqla danışıb. Qonaq Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıraraq, Küveytin həmişə ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

Qonaq Küveytlə Azərbaycanın oxşar cəhətləri, ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi dəyərlər, investisiyaların təşviqi, parlamentlər arasında, həmçinin digər sahələrdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Azərbaycanın xarici siyasət strategiyası, ölkəmizin dünya enerji tarixindəki yeri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu və digər məsələlər barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin