Türk Dövlətləri Rəqabət Şurası yaradıldı - Qurumun növbəti iclası Şuşada KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Türk Dövlətləri Rəqabət Şurası yaradıldı - Qurumun növbəti iclası Şuşada KEÇİRİLƏCƏK 

174775

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb. 

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə üzv dövlətlərin Türkiyədə keçirilən toplantısında qərar qəbul edilib. 

Rəqabət Qurum ilk 3 il ərzində Türkiyə adından Şuraya sədrlik edəcək. 

Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır. 

Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçiriləcəyi planlaşdırılır. 

Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq. 
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin