Türkiyə üçün Donbasla Qarabağın fərqi - Ərdoğanla Zelenskinin görüşünə ŞƏRH

Hazırda oxunan: Türkiyə üçün Donbasla Qarabağın fərqi - Ərdoğanla Zelenskinin görüşünə ŞƏRH

17477

"Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bir daha vurğuladı. Ərdoğan mətubat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söylədi". 

Bizim.Media xəbər verir ki, bunu şəxsi "Facebook" səhifəsində politoloq Elxan Şahinoğlu yazıb. Siyasi ekspert fikirlərinin davamında Türkiyə liderinə sitat gətirərək qeyd edib ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır:

“Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”. İkincisi, Türkiyənin lideri dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır:

“Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”.

Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğulad: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq”.

Beləliklə, Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər.

Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qaradənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. 

Bu arada, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi də göz qabağındadır. Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı.

Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Halbuki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin