''Türk Şurası çərçivəsində media platforması yaradılmalıdır'' - Hikmət Hacıyev

Hazırda oxunan: ''Türk Şurası çərçivəsində media platforması yaradılmalıdır'' - Hikmət Hacıyev

17445

“İnformasiya ölkələr arasında münasibətlərdə mühüm resursdur. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz imkanları ilə həqiqətləri dünyaya çatdırmaq istiqamətində səylər göstərirdi”.

Bizim.Media-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Türk Şurasının iclası keçirilir — SON DƏQİQƏ 


H.Hacıyev bildirib ki, türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi:

“Düşünürük ki, Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Bu vəsilə ilə media forumları da təşkil edilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin